...

Səfirin namizədliyi ilə bağlı qərar yalnız Senatdan asılı olacaq – ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili

Siyasət Materials 20 İyul 2010 20:08 (UTC +04:00)
ABŞ Konqresində erməni lobbisini dəstəkləyən müəyyən qrup insanların Metyu Brayzanın Azərbaycanda səfir vəzifəsinə namizədliyinə tənqidi yanaşmalarına baxmayaraq, son qərar Senatındır.
Səfirin namizədliyi ilə bağlı qərar yalnız Senatdan asılı olacaq – ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir E.Tariverdiyeva/

ABŞ Konqresində erməni lobbisini dəstəkləyən müəyyən qrup insanların Metyu Brayzanın Azərbaycanda səfir vəzifəsinə namizədliyinə tənqidi yanaşmalarına baxmayaraq, son qərar Senatındır. Bu barədə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Stirlinq ABŞ-ın Müstəqillik Günü münasibətilə təşkil olunan qəbulda deyib.

"Bizdə Senatda açıq səsvermə proseduru sistemi var, lakin hər hansı məsələ ilə bağlı son qərar Senatındır", - Stirlinq bildirib.

Onun sözlərinə görə, bu həftə Brayzanın Azərbaycanda səfir vəzifəsinə namizədliyinə ABŞ Konqresində baxılacaq.

"Müəyyən edilmiş prosedura əsasən, səfir, onun namizədliyi yalnız Senatda təsdiq edildikdən sonra təyin edilə bilər", - Stirlinq qeyd edib.

ABŞ konqresmenləri Solomon Ortiz, Maykl MakMahon, Mixail Konauey, Bil Şuster, Syu Mirik, Şelli Mur Kapito Konqresə Brayzanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə namizədliyini dəstəklədiklərini göstərən məktub göndəriblər.

Konqresmenlər məktubda ABŞ-ın Azərbaycandakı səfirinin təyin edilməsi prosesinin tezləşdirilməsini xahiş edirlər və Barak Obama tərəfindən bu namizədliyin mayın 25-də irəli sürülməsindən razılıq bildirirlər.

ABŞ-ın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri vəzifəsi demək olar bir ildir vakantdır.

Məktubda qeyd olunub ki, Brayzanın regiondakı böyük iş təcrübəsi onun Bakıda səfir vəzifəsinə təyin olunmasında üstünlük təşkil edir.

Xəbər lenti

Xəbər lenti