...

İranın Naxçıvan MR-ə yeni təyin olunmuş baş konsulu etimadnaməsini təqdim edib

Siyasət Materials 12 Avqust 2010 10:50 (UTC +04:00)
İranın Naxçıvan Muxtar Respublikasına yeni təyin olunmuş baş konsulu Məhəmməd Təqi Məhəmməd Əli çərşənbə günü axşam öz etimadnaməsini Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova təqdim edib.
İranın Naxçıvan MR-ə yeni təyin olunmuş baş konsulu etimadnaməsini təqdim edib

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir T.Cəfərov/

İranın Naxçıvan Muxtar Respublikasına yeni təyin olunmuş baş konsulu Məhəmməd Təqi Məhəmməd Əli çərşənbə günü axşam öz etimadnaməsini Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova təqdim edib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verib.

Talıbov bu görüşdə Məhəmməd Təqi Məhəmməd Əlini baş konsul seçilməsi münasibətilə təbrik edib və İranın XİN rəhbəri Mənuçöhr Möttəkini Naxçıvana səfər etmək üçün dəvət edib; özünün də yaxın gələcəkdə Təbrizə səfər edəcəyindən xəbər verib.

Xəbər lenti

Xəbər lenti