...

Azərbaycan MSK seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planını təsdiq edib

Siyasət Materials 6 Sentyabr 2010 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

Bazar ertəsi Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) "Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nı təsdiq edib.

"Təqvim dörd hissədən və 61 bənddən ibarətdir", - MSK-nın katibi Natiq Məmmədov deyib.

Builki seçkilərdə namizədlər oktyabrın 18-dək öz namizədliklərini təsdiq etməlidirlər və təşviqat kampaniyasına başlamalıdırlar.

Oktyabrın 18-dək "exit-poll"da iştirak etmək istəyənlər MSK-ya müraciət edə bilərlər. Seçkilər zamanı onun keçirilməsi haqqında məlumat gün ərzində beş dəfə təqdim ediləcək.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin edilsin.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti