Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir S.Ağayeva/
Latviyanın eks-prezidenti, BMT Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının həmsədri Vayra Vike-Freyberqa sentyabrın 11-19-da Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə YES Beynəlxalq Məşvərət Qrupunun üzvü Rövşən Muradov məlumat verib.
Freyberqa səfər zamanı rəsmi görüşlər keçirəcək, Azərbaycanın ali məktəblərində məruzə ilə çıxış edəcək, həmçinin, məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 125 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək.