...

Azərbaycanda keçiriləcək parlament seçkilərində 172 yerli müşahidəçi qeydiyyata alınıb

Siyasət Materials 16 Sentyabr 2010 17:06 (UTC +04:00)
Azərbaycanda keçiriləcək parlament seçkilərində 172 yerli müşahidəçi qeydiyyata alınıb. Bu barədə cümə axşamı iclasda Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Azərbaycanda keçiriləcək parlament seçkilərində 172 yerli müşahidəçi qeydiyyata alınıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda keçiriləcək parlament seçkilərində 172 yerli müşahidəçi qeydiyyata alınıb. Bu barədə cümə axşamı iclasda Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

"İndiyədək dairə seçki komissiyalarına 155 namizəd müraciət edib, onların 131 nəfəri imza vərəqələrini alıb", - Pənəhov bildirib.

Onun sözlərinə görə, seçkilərdə daha beş siyasi partiya iştirak etmək istəyini bildirib və bununla da onların sayı 18-ə çatıb. İclasda siyasi partiyalardan olan səlahiyyətli nümayəndələr təsdiqlənib, eləcə də 122-ci Xankəndi dairə seçki komissiyasının tərkibinə dəyişikliklər edilib.

Azərbaycanda parlament seçkiləri 7 noyabr 2010-cu il tarixinə təyin edilib. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Xəbər lenti

Xəbər lenti