Gürcüstan, Tbilisi, 6 oktyabr /Trend, müxbir N.Kirsxaliya/
Çərşənbə günü Vaşinqtonda ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlıq xartiyasının ilk görüşü keçiriləcək.
Gürcüstanın ABŞ-dakı səfiri Batu Kuteliyanın sözlərinə görə, bu vaxta qədər qrupların işgüzar görüşləri artıq keçirilib."Qruplar konkret planlar və onların həyatakeçmə mexanizmi üzərində işləyiblər. Bu planlar gələn ilin işgüzar məsələlərindən biri olacaq", - o qeyd edib.
Səfir qeyd edib ki, qruplar arasında bir görüş keçirilməyib, həm Gürcüstan, həm də ABŞ-da onların öhdəsinə düşən vəzifələr mərhələlərlə həyata keçirilir. Açılış görüşünə ABŞ tərəfdən ABŞ dövlət katibi Hillari Klinton rəhbərlik edəcək.
Gürcüstan nümayəndə heyətinə hazırda ABŞ-da səfərdə olan Baş nazir Nika Giluari rəhbərlik edir.
Vaşinqtonda ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlıq xartiyasının ilk görüşü keçiriləcək
Çərşənbə günü Vaşinqtonda ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlıq xartiyasının ilk görüşü keçiriləcək.
