...

TÜRKSOY fondun yaradılması haqqında Azərbaycan Prezidentinin təklifini yüksək qiymətləndirir - təşkilatın rəhbəri

Siyasət Materials 9 Oktyabr 2010 14:29 (UTC +04:00)
TÜRKSOY Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatın fondunun yaradılması haqqında təklifini yüksək qiymətləndirir. Bu barədə Trend-ə Strasburqda TÜRKSOYun baş katibi Duysen Kaseinov deyib.
TÜRKSOY fondun yaradılması haqqında Azərbaycan Prezidentinin  təklifini yüksək qiymətləndirir - təşkilatın rəhbəri

Fransa, Strasburq, 9 oktyabr /Trend,müxbir A.Məhərrəmli/

TÜRKSOY Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatın fondunun yaradılması haqqında təklifini yüksək qiymətləndirir. Bu barədə Trend-ə Strasburqda TÜRKSOYun baş katibi Duysen Kaseinov deyib.

"Qeyd etmək lazımdır ki, məhz bu fond maddi mədəniyyət irsimizin saxlanılması və bərpasını maliyyələşdirəcək, türk xalqlarının mənəvi mədəniyyət irsinin inkişafına vəsait ayıracaq", - Kaseinov deyib.

Onun sözlərinə görə, TÜRKSOY bu illər ərzində Türk Dünyası xalqlarının yaxınlaşmasında çox böyük rol oynayıb. "Siyasətçilər həmişə bədii və elmi ictimaiyyətin əhval və istəklərinə həssaslıqla yanaşırlar. Bu ictimaiyyət mədəniyyət, elm, dini əlaqələr sahəsində öz əlaqələrini gücləndirirsə, bu, nəzərə çarpmamış qala bilməz və siyasətçilərin qərarına müəyyən təsirini göstərməyə bilməz", - baş katib deyib.

Onun sözlərinə görə, təşkilat bütün MDB ölkələri ilə əlaqələr qurmağı davam etdirir.

"MDB ölkələrinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu və həmçinin, YUNESKO ilə artıq əməkdaşlıq haqqında müqavilə imzalanıb. Hazırda İSESKO ilə (təhsil, elm və mədəniyyət məsələləri üzrə İslam təşkilatı) nümayəndə heyəti mübadiləsi aparmağı planlaşdırırıq və belə hesab edirəm, bu nüfuzlu təşkilatla bizim də qarşılıqlı əlaqələrimiz yaranacaq", - Kaseinov deyib.

Onun sözlərinə görə, İSESKO ilə müqavilə ilin sonuna qədər imzalana bilər.

Xəbər lenti

Xəbər lenti