...

Azərbaycan 2011-ci ildə ölkə büdcəsində müdafiə xərclərinin payını təxminən iki dəfə artıracaq

Siyasət Materials 12 Oktyabr 2010 14:34 (UTC +04:00)
2011-ci ildə dövlət büdcəsindən müdafiəyə ümumi xərclər 2 511 milyon manat təşkil edəcək ki, bu da 2010-cu ildəkindən 1 187 milyon manat və ya 89,7 faiz çoxdur.
Azərbaycan 2011-ci ildə ölkə büdcəsində müdafiə xərclərinin payını təxminən iki dəfə artıracaq

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir M.Əliyev/

2011-ci ildə dövlət büdcəsindən müdafiəyə ümumi xərclər 2 511 milyon manat təşkil edəcək ki, bu da 2010-cu ildəkindən 1 187 milyon manat və ya 89,7 faiz çoxdur. Bu barədə çərşənbə axşamı Azərbaycanın maliyyə naziri Samir Şərifov Azərbaycan Milli Məclisinin plenar iclasında 2011-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

"Ölkəmizin milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olan Azərbaycanın Hərbi Doktrinası nəzərə alınmaqla, 2011-ci ildə dövlət büdcəsindən ölkənin müdafiə potensialının maliyyələşdirilməsinə 1 325 milyon manat ayrılması planlaşdırılır. Silahlı Qüvvələrin müasir tələblərə çatdırılması, müasir silahların alınması üçün 2011-ci ildə dövlət büdcəsindən əlavə olaraq 1 087 milyon manat ayrılması planlaşdırılır", - Şərifov qeyd edib.

Onun sözlərinə görə, 2011-ci ildə ölkə müdafiəsinə xərclərin payı 19,7 faiz təşkil edəcək, belə ki, 2010-cu ildə bu göstərici 10,7 faiz təşkil edib. "Yəni ölkə büdcəsində müdafiə xərclərinin payı təxminən iki dəfə artıb", - Şərifov qeyd edib.

"Dövlət büdcəsində müdafiə sahəsində investisiya layihələri də nəzərdə tutulur", - nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti