...

Azərbaycanlı alim Gürcüstan Elmlər Akademiyasının üzvü olub

Siyasət Materials 21 Oktyabr 2010 17:29 (UTC +04:00)
Azərbaycanlı alim Gürcüstan Elmlər Akademiyasının üzvü olub.
Azərbaycanlı alim Gürcüstan Elmlər Akademiyasının üzvü olub

Gürcüstan, Tbilisi, 21 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanlı alim Gürcüstan Elmlər Akademiyasının üzvü olub. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Cəmil Əliyev bu gün Gürcüstan Elmlər Akademiyasının üzvü seçilib. Bu barədə Trend-ə Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri Andriya Uruşadze deyib.

"Biz çox şadıq ki, belə nüfuzlu alim akademiyamızın xarici üzvü olub", - nazir qeyd edib.

Cəmil Əliyev Rusiya Tibb Elmləri Akademiyasının da üzvüdür.

Onkoloq Cəmil Əliyev Gürcüstan alimləri ilə çoxdan əməkdaşlıq edir.

Əliyev Tbilisi Dövlət Tibb Universitetinin 80 illiyi ilə əlaqədar Tbilisidədir və bu gün o, onkologiya mövzusunda mühazirə oxuyub.

Xəbər lenti

Xəbər lenti