...

Azərbaycan və Böyük Britaniyanın istifadə olunacaq bir çox imkanları vardır - dövlət naziri Devid Lidinqton

Siyasət Materials 22 Oktyabr 2010 02:42 (UTC +04:00)
İkigünlük səfəri zamanı keçirtdiyi görüşlərin yekunlarını ümumiləşdirən Böyük Britaniyanın dövlət naziri Devid Lidinqton ölkəsinin Azərbaycanla əməkdaşlıq üçün böyük imkanlar açan bir sıra sahələri qeyd edib.
Azərbaycan və Böyük Britaniyanın istifadə olunacaq bir çox imkanları vardır - dövlət naziri Devid Lidinqton

Azərbaycan, Bakı, 21 oktyabr / Trend müxbiri M.Əliyev /

İkigünlük səfəri zamanı keçirtdiyi görüşlərin yekunlarını ümumiləşdirən Böyük Britaniyanın dövlət naziri Devid Lidinqton ölkəsinin Azərbaycanla əməkdaşlıq üçün böyük imkanlar açan bir sıra sahələri qeyd edib. 

"Keçirilən görüşlərin nəticələrinə görə əmin edə bilərəm ki, əməkdaşlığın potensialı nəqliyyat və xidmət sahələrində mövcuddur", - Lidinqton cümə axşamı yekun press-konfransda deyib.

Lidinqton 20-21 oktyabr tarixlərində Bakıda birinci rəsmi səfərində olub. Onun səfərinin məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və Britaniyalı və Azərbaycanlı iş adamları arasında əməkdaşlığın inkişaf etdirilməsi olub. Dövlət nazirini Britaniyalı iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edib.
Azərbaycanda nəqliyyat sahəsi fəal inkişaf edir və bu sahədə işlər aparılır, Lidinqton bildirib. Böyük Britaniya Azərbaycana bu sahədə nəinki texniki təminatda, həmçinin idarəetmə sistemində kömək göstərə bilər.

Lidinqton Azərbaycan hakimiyyətinin əsas şəxsləri ilə, o cümlədən Prezident İlham Əliyev, XİN-in rəhbəri Elmar Məmmədyarov, iqtisadi inkişaf və nəqliyyat nazirləri ilə, həmçinin aparıcı Azərbaycan müəssisələrinin rəhbərləri ilə görüşüb.

Görüşlər zamanı bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın perspektivləri xüsusilə vurğulanmışdır, Lidinqton deyib.

"Hal-hazırda Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində bir sıra Britaniyalı şirkətlər fəaliyyət göstərir, - o bildirib. - Ümid edirəm ki, gələcəkdə Britaniyadan olan bu cür şirkətlərin sayı artacaqdır".

Lidinqton hesab edir ki, neft-qaz, habelə nəqliyyat sahələrindəki əməkdaşlığın ənənəvi sahələri ilə yanaşı xalqlar arasında mədəniyyət dialoqu da vacibdir. Məhz buna görə o, öz gələcək fəaliyyətində təhsil və mədəniyyət sahələrində münasibətlərin inkişafına xüsusi diqqət yetirəcəyinə söz verib.

Xəbər lenti

Xəbər lenti