...

Azərbaycan MSK-ya böhtan xarakterli müraciətlər daxil olub

Siyasət Materials 13 Noyabr 2010 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyasına (MSK) böhtan xarakterli müraciətlər daxil olub. Trend-in məlumatına görə, MSK-nın şənbə günü keçirilən iclasında müraciətlər haqqında məlumat verən katib Natiq Məmmədov bildirib ki, bəzi müraciətlər seçkilərin nəticələrini ləğv etməyi tələb edir.

"Müraciətlərdə seçkinin nəticələrini ləğv edə biləcək bütün hallar qeyd olunub, lakin verilən informasiyalar yalnış olub. Misal üçün müraciətdə bildirilib ki, 61 saylı seçki dairəsində namizəd Fuad Muradov [29 saylı seçki dairəsindən qalib olmuş namizəd] tərəfindən cinayət tərkibli hərəkətlər edilib. Halbuki, Fuad Muradov həmin dairədən yox, 29 saylı dairədən namizəd olub", - MSK katibi vurğulayıb.

MSK üzvü Azər Tağıyev bildirib ki, bu cür müraciətlərdə cinayət tərkibi var. "Cinayət Məcəlləsinin 296-cı maddəsində bilə-bilə yalan xəbər vermək haqqında bənd var. Cinayət törədilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə cinayət məcəlləsində xüsusi qeyd olunur. Bu cür müraciətləri edənlər haqqında prokurorluq orqanlarına məlumat verilməlidir ki, barələrində araşdırma aparılsın", - Tağıyev əlavə edib edib.

Xəbər lenti

Xəbər lenti