...

Şevardnadze Gürcüstanda casusların tutulması ilə bağlı Rusiyadan kəskin cavab gözləmir

Siyasət Materials 15 Noyabr 2010 11:49 (UTC +04:00)
Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze Gürcüstanda 13 Rusiya casusunun tutulması ilə bağlı bu ölkədən kəskin cavab gözləmir.
Şevardnadze Gürcüstanda casusların tutulması ilə bağlı Rusiyadan kəskin cavab gözləmir

Gürcüstan, Tbilisi, 15 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze Gürcüstanda 13 Rusiya casusunun tutulması ilə bağlı bu ölkədən kəskin cavab gözləmir. "Bu, adi işdir, casuslar həmiş olub və onları vaxtaşırı həbs edirlər", - Şevardandze bazar ertəsi "Asaval-Dasavali" qəzetinə deyib.

Eks-prezident əks-kəşfiyyatın işini qeyd edərək vurğulayıb ki, onlar yaxşı işləyiblər. Bununla yanaşı Şevardnadze onu da bildirib ki, casus şəbəkəsinin həbsi ətrafında belə hay-küyün yaradılması başa düşülən deyil. "Belə vəziyyətdə peşəkar siyasətçilər başqa cür hərəkət edərdilər: onlar səsziz-səmirsiz məhkəmə keçirərdilər və hökm oxunandan sonra bu adamları ictimaiyyətə təqdim edərdilər. Halbuki onların təqsiri sübuta yetirilmədiyi halda, artıq casus elan ediliblər", - o, qeyd edib.

Noyabrın 5-də Gürcüstan DİN Rusiyanın casus şəbəkəsinin aşkar olunmasını elan edib. Oktyabrda ümumilikdə, Rusiyanın xeyrinə işləyən 13 vətəndaş həbs edilib. Onlardan dördü Rusiya vətəndaşıdır.

Gürcüstan daxili işlər naziri Vano Merbişvili qeyd edib ki, Gürcüstanda Rusiyanın buna oxşar bir neçə casus qrupu fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti