...

Kaliforniyada SSRİ-nin süqutu prosesində 20 Yanvar faciəsinin rolu ilə bağlı seminar keçirilib (FOTO)

Siyasət Materials 28 Yanvar 2011 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Kaliforniya muzeyində SSRİ-nin süqutu prosesində 20 Yanvar faciəsinin roluna həsr olunmuş seminar keçirilib.

Los-Ancelesdə yerləşən Vende Muzeyində (Wende Museum) 1990-cı il yanvarın 20-də Bakıdakı hadisələrin müzakirəsi keçirilib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumatda deyilir.

Muzeyin kolleksiyası və arxivi "soyuq müharibə" tarixinə həsr olunub və sosializm realizmi üslubundakı incəsənət, eləcə də sovet əyani təbliğat eksponatlarından ibarətdir.

Müzakirələri muzeyin direktoru Castin Campol aparıb. O, iştirakçılara SSRİ-nin mövcud olduğu son illərdəki siyasi proseslər haqqında danışıb və sovet dövrü tarixinin öyrənilməsinin vacibliyini xatırladıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Sülüeymanov qeyd edib ki, məhz 1990-cı il 20 yanvar hadisəsi Bakının hüdudlarından uzaqda SSRİ-nin süqutunun mütləq olmasını açıq şəkildə göstərdi. Bu, azərbaycanlıların əksəriyyəti üçün dönüş tarixi oldu,onlar üçün bundan sonra Sovet İttifaqı tərkibində yaşamağı qeyri-mümkün etdi. Məhz bu məqamda Azərbaycanın müstəqilliyinin əsası qoyuldu. Həmin ağır günlərdə öz xalqının müdafiəsinə qalxan və bir çoxlarına nümunə olan ümummilli lider Heydər Əliyevin xüsusi rolu qeyd olunub.

Diplomat qeyd edib ki, "Qara yanvar" milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları üçün ümumi dərd olub. Belə ki, aralarında Azərbaycandakı müxtəlif millətlərin nümayəndələrinin olduğu faciə qurbanlarının dəfnində ölkənin müsəlman, yəhudi və xristian icmalarının liderləri iştirak ediblər. Baş konsul Azərbaycanda vətəndaş həmrəyliyinin və ahəngdar inkişafın möhkəmlənməsində dini liderlərə xüsusi təşəkkürünü bildirib və "Holokost"un ildönümü münasibətilə yəhudi icmasının nümayəndələrinə başsağlığı verib.

Xəbər lenti

Xəbər lenti