...

Qazaxıstan prezidenti rəsmi seçkiqabağı tədbirlərdən imtina edib

Siyasət Materials 1 Mart 2011 12:01 (UTC +04:00)
Növbəti dəfə prezident seçilmək üçün namizədliyini irəli sürən Qazaxıstanın hazırkı prezidenti Nursultan Nazarbayev rəsmi seçkiqabağı tədbir keçirməyəcək.
Qazaxıstan prezidenti rəsmi seçkiqabağı tədbirlərdən imtina edib

Qazaxıstan, Astana, 1 mart /Trend, müxbir A.Maratov/

Növbəti dəfə prezident seçilmək üçün namizədliyini irəli sürən Qazaxıstanın hazırkı prezidenti Nursultan Nazarbayev rəsmi seçkiqabağı tədbir keçirməyəcək. Trend-in məlumatına görə,Bu barədə Nazarbayev özü respublika KİV-nə müsahibəsində bildirib. Müsahibə çərşənbə axşamı mətbuatda dərc olunub.

"Rəsmi seçkiqabağı tədbir keçirməyəcəyəm. Mənim seçkiqabağı proqramım Qazaxıstan xalqına "Gələcəyi birgə quraq" müraciətim və "Nur Otan" partiyasının qurultayındakı çıxışımdır", - Nazarbayev bildirib.

Dövlət başçısı onu da bəyan edib ki, seçkilərin düzgün, açıq və şəffaf keçirilməsi üçün lazım olan hər şey ediləcək.

Nazarbayev qeyd edib ki, növbədənkənar seçkilərin keçirilməsi ideyası Konstitusiyaya və demokratik prinsiplərə hörmət əlamətidir.

"Siz bu məsələnin tarixini yaxşı bilirsiniz. Bir tərəfdən, referendumun keçirilməsi barədə ictimai rəyi dəstəkləyən ölkə seçicilərinin əksəriyyətinin fikrini nəzərə almaya bilməzdim. Digər tərəfdən, siyasətçilərin gələcək nəsilləri üçün səhv istiqamət verəcək nümunə də yarada bilməzdim", - o, qeyd edib.

"Bu şəraitləri nəzərə alaraq qərar qəbul etmək lazım idi. Hesab edirəm ki, yaranmış vəziyyətdə seçkilərin keşirilməsi barədə qərar "qızıl orta hədd" oldu", - dövlət başçısı sonda bildirib.

Qazaxıstanda növbədənkənar prezident seçkiləri 2011-ci il aprelin 3-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti