...

Azərbaycanin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura ilə görüşmüşdür

Siyasət Materials 1 Mart 2011 22:59 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın 1-də BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rəhbəri Fikrət Akçura ilə görüşmüşdür.
Azərbaycanin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura ilə görüşmüşdür

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın 1-də BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rəhbəri Fikrət Akçura ilə görüşmüşdür.

Trend-in məlumatına görə, Mehriban xanım Əliyeva qonağı Fondda görməkdən şad olduğunu bildirmişdir. Azərbaycanın birinci xanımı BMT-nin İnkişaf Proqramı ilə səmərəli əməkdaşlığın olduğunu demişdir. Heydər Əliyev Fondunun prezidenti bu əməkdaşlıq çərçivəsində "Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin olunması" layihəsinin uğurla başa çatmasını, məhdud fiziki imkanlı insanlar üçün Gəncədə və Naxçıvanda regional informasiya mərkəzlərinin yaradılmasını xüsusi qeyd etmişdir.

Uğurlu əməkdaşlığa görə Mehriban xanım Əliyevaya təşəkkür edən Fikrət Akçura hazırkı görüşün gələcək əməkdaşlıq istiqamətlərini, o cümlədən həyata keçirilməsi nəzərdə tutulan birgə layihələrin müzakirəsi baxımından əhəmiyyətini qeyd etmişdir. Mehriban xanım Əliyevanın təhsil və səhiyyə sahəsinin inkişafına diqqət və qayğısını yüksək qiymətləndirən F.Akçura təmsil etdiyi qurumun Heydər Əliyev Fondu ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırmışdır.

Görüşdə əməkdaşlıq müstəvisində həyata keçirilən layihələr barədə ətraflı söhbət aparılmış, hazırda Yevlaxda bu istiqamətdə işlərin davam etdirildiyi vurğulanmış, tərəfdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Xəbər lenti

Xəbər lenti