...

Azərbaycan Prezidenti Litvanın daxili işlər nazirini qəbul edib

Siyasət Materials 20 Aprel 2011 19:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Litvanın daxili işlər naziri Raymundas Palaytisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb
Azərbaycan Prezidenti Litvanın daxili işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Litvanın daxili işlər naziri Raymundas Palaytisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu münasibətləri bütün sahələrdə genişləndirməyin zəruriliyini bildirib.

Ölkələrimizin müvafiq qurumları arasında müxtəlif sahələrdə yaxşı əlaqələrin yaradılmasının vacibliyini qeyd edən dövlətimizin başçısı bu baxımdan Litvanın daxili işlər naziri Raymundas Palaytisin ölkəmizə səfərinin uğurlu və məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib.

Raymundas Palaytis qeyd edib ki, Azərbaycan çox uğurla inkişaf edən bir ölkədir və Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluq hissi duyur. O, dünyanın hər yerində maliyyə böhranının hökm sürməsinə baxmayaraq, Azərbaycanda iqtisadi artımın olduğunu xüsusi vurğulayıb.

Litvanın daxili işlər naziri ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq etməyə maraqlı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti