...

Milli Məclisin sədri Qırğızıstanın Azərbaycanda səfirlik açmaq təklifini dəstəkləyib

Siyasət Materials 28 Aprel 2011 15:14 (UTC +04:00)
Qırğızıstanın Azərbaycanda səfirlik açması ilə bağlı məsələ dünən Joqorku Keneşin (parlament) spikeri Axmatbek Keldibekov və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Türkdilli Ölkələrin Parlament Assambleyasının II plenar iclası çərçivəsində keçirilən ikitərəfli görüşündə müzakirə olunub.
Milli Məclisin sədri Qırğızıstanın Azərbaycanda səfirlik açmaq təklifini dəstəkləyib

Qırğızıstanın Azərbaycanda səfirlik açması ilə bağlı məsələ dünən Joqorku Keneşin (parlament) spikeri Axmatbek Keldibekov və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Türkdilli Ölkələrin Parlament Assambleyasının II plenar iclası çərçivəsində keçirilən ikitərəfli görüşündə müzakirə olunub.

Trend-in məlumatına görə, Qırğızıstan Parlamentinin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı Joqorku Keneşin spikeri iki ölkə arasında ikitərəfli, ticari-iqtisadi əlaqələrin və mədəni-humanitar əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı məqsədilə Azərbaycanda səfirlik açmağı təklif edib.

Onun sözlərinə görə, hazırda Qırğızıstan-Azərbaycan hökumətlərarası komissiyası fəaliyyət göstərir və onun yekunları üzrə iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlıq istiqamətləri dəqiqliklə müəyyən ediləcək.

Azərbaycan Milli Məclisinin sədri qeyd edib ki, Azərbaycan tərəfi səfirliyin açılmasında maraqlıdır və öz növbəsində bu təşəbbüsü dəstəkləyib.

Görüşün sonunda tərəflər Qırğızıstan və Azərbaycan arasında parlament əməkdaşlığı məsələlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti