...

Avropa İttifaqı Dağlıq Qarabağın Brüsseldə nümayəndəlik açması ilə bağlı şayiələri təkzib edir

Siyasət Materials 12 May 2011 14:44 (UTC +04:00)
Dağlıq Qarabağın Brüsseldə nümayəndəlik açması ilə bağlı rəsmi məlumat verilməyib. Bunu Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Rolan Kobia deyib.
Avropa İttifaqı Dağlıq Qarabağın Brüsseldə nümayəndəlik açması ilə bağlı şayiələri təkzib edir

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir Y.Ostapenko/

Dağlıq Qarabağın Brüsseldə nümayəndəlik açması ilə bağlı rəsmi məlumat verilməyib. Bunu Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Rolan Kobia deyib.

"Aİ Dağlıq Qarabağla heç bir münasibət qurmağa hazırlaşmır, bu bizim rəsmi mövqeyimizdir. Aİ-nin yalnız beynəlxalq birlik tərəfindən tanınan ölkələrlə əlaqələri var", - səfir bildirib.

Hətta bu cür nümayəndəlik açılsa belə, o, Aİ-də rəsmi qeydiyyatdan keçməyəcək. Trend-in məlumatına görə, Kobia cümə axşamı mətbuat konfransında qeyd edib.

Ötən həftə Ermənistanın bir sıra kütləvi informasiya vasitələri 2011-ci ildə Brüsseldə Dağlıq Qarabağın nümayəndəliyinin açılması niyyətləri ilə bağlı şayiə yayıblar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti