...

Avropa İttifaqı - Azərbaycan Milli Məclisi Əməkdaşlıq Komitəsinin növbəti iclası Bakıda keçiriləcək

Siyasət Materials 20 May 2011 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir M.Əliyev/

Gələn ay Bakıda Avropa İttifaqı - Azərbaycan Milli Məclisi Əməkdaşlıq Komitəsinin növbəti iclası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov Avropa Parlamentinin prezidenti Yerji Buzek ilə görüşdə bildirib.

Spiker qeyd edib ki, Əməkdaşlıq Komitəsi 2001-ci ildən fəaliyyət göstərir.

"Ancaq bu təşkilatın fəaliyyəti bizi o qədər də qane etmir. Ona görə də hesab edirəm ki, Avropa Parlamenti rəhbərinin Bakı səfərinin nəticəsi olaraq bu əməkdaşlıq canlanacaq", - Əsədov vurğulayıb.

Bu gündən Avropa Parlamentinin prezidenti Yerji Buzekin Azərbaycana rəsmi səfəri başlayıb.

Xəbər lenti

Xəbər lenti