...

Azərbaycan polisi bundan sonra da cinayətkarlıqla mübarizədə şərəfli işini davam etdirəcək - nazir (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 İyul 2011 17:31 (UTC +04:00)
Azərbaycan polisi bundan sonra da cinayətkarlıqla mübarizədə, sabitliyin, əmin-amanlığın qorunmasında şərəfli işini davam etdirəcək. Trend-in məlumatına görə, bunu Polis Akademiyası məzunlarının buraxılışı və Polis Günü ilə əlaqədar keçirilən tədbirdə daxili işlər naziri Ramil Usubov bildirib
Azərbaycan polisi bundan sonra da cinayətkarlıqla mübarizədə şərəfli işini davam etdirəcək - nazir (FOTO) (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Polis Akademiyasının rəisi Nazim Əliyevin fikirləri əlavə olunub (ilk xəbər saat 10:43-də yayılıb)

Azərbaycan polisi bundan sonra da cinayətkarlıqla mübarizədə, sabitliyin, əmin-amanlığın qorunmasında şərəfli işini davam etdirəcək. Trend-in məlumatına görə, bunu Polis Akademiyası məzunlarının buraxılışı və Polis Günü ilə əlaqədar keçirilən tədbirdə daxili işlər naziri Ramil Usubov bildirib.

Nazir polisin xalqın əmin-amanlığının keşiyində bundan sonra da ayıq-sayıq dayanacağına ümidvar olduğunu bildirib.
"Azərbaycandakı iqtisadi inkişafın təməlində daxili sabitlik dayanır. Daxili sabitlik və əmin-amanlıq nəticəsində digər sahələrdə də davamlı inkişaf gedir", - Usubov vurğulayıb.

Onun sözlərinə görə, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir və bu siyasət öz müsbət nəticələrini verir.
"Aparılan iqtisadi, siyasi, hüquqi islahatlar Azərbaycanı nəinki regionda, Avropada da güclü dövlətə çevrib", - o qeyd edib.

Nazir çıxışında bildirib ki, ölkədə daxili sabitliyin və əmin-amanlığın qorunmasında polisin fəaliyyətini hər bir vətəndaş dəstəkləyir.

"Azərbaycanda cinayətkarlığa qarşı mübarizədə ən müasir texniki vasitələr tətbiq olunur. Daxili işlər orqanları hər bir müasir texniki vasitələrlə təmin edilib. DİN-də yaradılmış "102" zəng xidməti və "Təhlükəsiz şəhər" sistemi cinayətkarlıqla mübarizədə səmərəsini verir", - Usubov deyib.

DİN rəhbərinin sözlərinə görə, son illər ölkədə onlarla rayon, şəhər polis idarələri üçün tikilmiş inzibati binalar şəxsi heyətin istifadəsinə verilib.

Nazir Ramil Usubov məzunları təbrik edib, onlara diplomlarını təqdim edib və öz tövsiyələrini verib. Şəxsi heyətin təntənəli keçidi ilə tədbir başa çatıb.

Polis Akademiyasının rəisi Nazim Əliyev bu təhsil ocağının keçdiyi yol, tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, daxili işlər orqanları üçün yüksək ixtisaslı zabit kadrların hazırlanması istiqamətində son illər görülmüş işlər barədə ətraflı məlumat verib.

O bildirib ki, Akademiya yarandığı gündən onun əsaslı maddi-texniki bazasının təşkilinə, peşəkar elmi kadrlarla təmin olunmasına, tədris proqramlarının, dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına, kafedrada fənn otaqlarının təşkilinə xüsusi fikir verilib.

Rəisin sözlərinə görə, DİN rəhbərliyinin gündəlik diqqət və qayğısı sayəsində Polis Akademiyasında təhsilin müasir tələblər səviyyəsinə qaldırılması üçün əməli işlər görülüb və bu istiqamətdə fəaliyyət müntəzəm olaraq davam etdirilir.

2010-2011-ci tədris ilində Polis Akademiyasını əyani fakültə üzrə 124, qiyabi fakültə üzrə 143, ümumilikdə 267 məzun bitirib.

Xəbər lenti

Xəbər lenti