Azərbaycan Prezidenti və xanımı Bakıda Xüsusi Dövlət Mühafizə Xidmətinin Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak ediblər (FOTO)

Azərbaycan Prezidenti və xanımı Bakıda Xüsusi Dövlət Mühafizə Xidmətinin Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak ediblər (FOTO)

Prezidentin nitqi əlavə olunub (ilk xəbər 22:06-da yayılıb)

İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak ediblər. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Xidmətin şəxsi heyəti və Müalicə-Diaqnostika Mərkəzinin kollektivi Azərbaycan Prezidentini və xanımını hərarətlə qarşıladılar.

XDMX-nin rəisi, general-polkovnik Vaqif Axundov dövlətimizin başçısına raport verdi.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.Prezident İlham Əliyev səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı və xanımı mərkəzlə tanış oldular.

General-polkovnik Vaqif Axundov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi ki, mərkəzin tikilib istifadəyə verilməsi həm XDMX-nin, həm də Milli Qvardiyanın əməkdaşlarının sosial problemlərinin həlli istiqamətində atılan mühüm addımdır.

Dövlətimizin başçısının tapşırığına əsasən, Mərkəzin yaradılması üçün XDMX-yə Yasamal rayonunun ərazisində 0,6 hektar torpaq sahəsi və müvafiq maliyyə vəsaiti ayrılmışdır. XDMX-nin əməkdaşlarının sağlamlığının qorunması, onların tibbi xidmətə olan ehtiyaclarının ödənilməsi məqsədi ilə inşa edilən bu mərkəzdə əsasən Almaniya və digər Avropa ölkələrinin istehsalı olan ən müasir avadanlıq quraşdırılmışdır.

Qeyd edildi ki, tikintisinə 2009-cu ilin mayında başlanılan səkkizmərtəbəli mərkəzin həyətyanı sahəsi abadlaşdırılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Yüksək səviyyədə aparılan tikinti işləri bu ilin iyununda başa çatdırılmışdır. Mərkəzdə dünyada yeni tikilən tibb ocaqlarında istifadə edilən xüsusi havalandırma sistemi tətbiq olunmuşdur.

Bildirildi ki, bu müasir tibb ocağında ulu öndər Heydər Əliyevin xatirəsi ədəbiləşdirilmiş, "Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir", - deyən ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan fotoguşə yaradılmışdır.

Dövlətimizin başçısı və xanımı əvvəlcə mərkəzin funksional diaqnostika şöbəsi ilə tanış oldular. Məlumat verildi ki, burada USM, kardioqram, exokardioqram, strestest, travmatologiya otaqları və iki müşahidə palatası fəaliyyət göstərir. Şöbədə quraşdırılan tibbi avadanlıq Avropa ölkələrinin istehsalıdır və ən müasir standartlara cavab verir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva təcili yardım şöbəsinin fəaliyyəti ilə tanış oldular. Şöbədə xəstələrə yüksək səviyyədə ilkin tibbi yardım göstərilməsi üçün hər cür şərait yaradılmışdır.

Mərkəzdə XDMX-nin və Milli Qvardiyanın formalaşmasında böyük rolu olan ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndərin və Prezident İlham Əliyevin XDMX-nin şəxsi heyəti ilə görüşlərini əks etdirən fotostendlər yaradılmışdır. Binada 70 nəfərlik konfrans zalı, kompyuterlə təchiz olunmuş iclas zalı, arxiv, dəftərxana və digər xidməti otaqlar da vardır.

Mərkəzin əməliyyat bloku ilə tanış olan Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, burada üç əməliyyat otağı yaradılmışdır. Bu blokda daxili orqan, stomatoloji, qulaq-burun-boğaz əməliyyatları aparmaq mümkündür.

Buradakı reanimasiya zalı da lazımı avadanlıqla təchiz olunmuşdur. Xüsusilə ağır xəstələr üçün ayrıca reanimasiya otağının da yaradıldığı əməliyyat blokundakı avadanlıq müasirliyi və yüksək keyfiyyəti ilə diqqəti cəlb edir.

Ümumi stasionar şöbədə isə 8 adi, 2 VİP palata xidmət göstərir. Hər bir palata telefon rabitəsi ilə təmin olunmuşdur.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, mərkəzdə pnevmatik ötürücü sistem quraşdırılmışdır. Bu sistemin köməyi ilə həm xəstələrə qulluq göstərilir, həm də onların laborator analizlərinin 10-15 saniyə ərzində göndərilməsi təmin olunur.
Mərkəzin ikinci və üçüncü mərtəbələrində isə poliklinika şöbələri yerləşir.

Kolonoskopiya və qastroduodenoskopiya otaqlarında xüsusi avadanlıq quraşdırılmışdır. Bu mərtəbədə, həmçinin ginekoloji və stomatoloji müayinələr aparmaq da mümkündür. Müalicəvi bədən tərbiyəsi zalında oftalmoloq, nevropatoloq, fizioterapevt otaqları və fizioterapiya zalı da fəaliyyət göstərir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva funksional diaqnostika şəbəkəsindəki rentgen otağında oldular. Buradakı rəqəmsal rentgen cihazı ən son texnologiya əsasında hazırlanmışdır. Kompyuter tomoqrafiyası 4D rejimində işləyir və bu avadanlıqla kardioloji, uroloji, damar müayinələrini aparmaq mümkündür.

Dövlətimizin başçısı və xanımı laboratoriyada yaradılmış şəraitlə də tanış oldular.
Müalicə-Diaqnostika Mərkəzinin 40 nəfərlik yeməkxanası da vardır.
Bir sözlə, mərkəzin bütün xidmət sahələrində ən müasir standartlara cavab verən şərait yaradılmışdır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xidmətin şəxsi heyətini və mərkəzin kollektivini təbrik edərək dedi:
- Sizi gözəl Müalicə-Diaqnostika Mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edir, sizə uğurlar arzulayıram.
İki il bundan əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi müraciət etmişdi ki, yeni diaqnostika-müalicə mərkəzi tikilsin. Mən bu təşəbbüsü dəstəklədim və qısa müddət ərzində gözəl bir mərkəz tikildi. Əvvəlki dövrdə əməkdaşlara lazımi səviyyədə tibbi xidmət göstərilmirdi.

Çünki şərait yox idi. İndi isə burada yaradılmış şərait hesab edirəm ki, ən yüksək səviyyədədir, həm bina çox gözəldir, rahatdır, genişdir. Daxili dizayn da çox gözəldir. Eyni zamanda, burada ən gözəl, müasir avadanlıq quraşdırılıb. Bu avadanlıqlar imkan verir ki, istənilən xəstəliyin vaxtında müayinəsi və müalicəsi mümkün olsun. Burada müasir əməliyyat blokları vardır. Yəni, ən müasir, dünya səviyyəsinə cavab verən xəstəxananın bütün əlamətləri burada vardır.

Mən çox şadam ki, qısa müddət ərzində gözəl mərkəz tikilib və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına burada çox yüksək səviyyəli tibbi xidmət göstərilməlidir. Mən buna əminəm. Əlbəttə, burada quraşdırılan ən müasir avadanlıqda işləmək, bu avadanlığın fəaliyyətini, işini düzgün qurmaq üçün təcrübə lazımdır. Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaqdır. Beləliklə, sizin üçün gözəl tibbi mərkəz yaradılıbdır.

Xüsusi Dövlət Mühafizə Xidmətinin çox vacib funksiyaları vardır. Dövlət obyektlərinin qorunması, dövlət və hökumət qurumlarında işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, digər funksiyaları vardır. Elə etməliyik ki, Xidmətdə çalışan bütün əməkdaşların sosial problemləri layiqincə həllini tapsın.

Bu tibbi mərkəzin açılışı bu istiqamətdə atılmış gözəl addımdır. Əməkdaşların sosial­-məişət problemləri də həll olunur. İstirahət üçün geniş şərait yaradılıbdır. Yəni, indi sizin xidmətiniz də ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf edir, ən müasir avadanlıqla təchiz edilir.

Bu tibbi mərkəzin açılışı bir daha onu göstərir ki, əməkdaşların normal yaşaması üçün Azərbaycan dövləti köməyini əsirgəmir.

Bütövlükdə, ölkəmizdə səhiyyə sisteminin təkmilləşməsi işində son illər ərzində çox vacib addımlar atılmışdır. Ölkəmizin demək olar ki, bütün bölgələrində yeni, gözəl, müasir tibbi mərkəzlər yaradılmışdır. Rayon xəstəxanaları əsaslı təmir edilmişdir.

Hər bir bölgədə müasir müalicə-diaqnostika mərkəzləri tikilmişdir. Əlbəttə, Bakı şəhərində son bir neçə il ərzində ixtisaslaşdırılmış tibbi mərkəzlər yaradılıb və bu, imkan verir ki, Azərbaycan vətəndaşlarına səviyyəli və keyfiyyətli tibbi xidmət göstərilsin.

Bu gün biz həm bu gözəl müalicə-diaqnostika mərkəzinin açılışını qeyd edirik, eyni zamanda, Bakıda yeni, böyük sağlamlıq mərkəzinin təməl daşını da qoyacağıq. Bu mərkəz də çoxfunksiyalı böyük mərkəz olacaqdır. Bu mərkəzdə müxtəlif ixtisaslar üzrə bölmələr fəaliyyət göstərəcəkdir. Hesab edirəm ki, Bakı Sağlamlıq Mərkəzinin tikilib istifadəyə verilməsindən sonra şəhərimizin əsas səhiyyə istiqamətləri artıq lazımi səviyyəyə qalxacaqdır.

Səhiyyə sisteminə göstərilən diqqət hər bir ölkənin niyyətini göstərir. Ölkəmizdə ilk növbədə insanların sosial məsələlərinin həlli üçün işlər görülür. Son illər ərzində bu məsələlər üçün böyük vəsait də ayrılmışdır. Növbəti illərdə bu siyasət davam etdiriləcəkdir. Elə etməliyik ki, Azərbaycan vətəndaşları yaşadıqları bölgələrdən asılı olmayaraq, istənilən yerdə keyfiyyətli tibbi xidmətlə təmin olunsunlar.

Mən sizi bu gözəl mərkəzin açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm və çox şadam ki, bu mərkəz qısa müddət ərzində, böyük zövqlə tikilib. Burada quraşdırılan və mənə göstərilən avadanlıq inkişaf etmiş ölkələrin ən qabaqcıl xəstəxanalarında da tətbiq olunur. Bu, belə də olmalıdır. Azərbaycanda tətbiq olunan bütün qabaqcıl təcrübə ən yüksək səviyyədə olmalıdır.

Burada müalicə olunacaq xəstələrin sağlamlığı Mərkəzdə çalışan tibb işçilərindən asılıdır. Əminəm ki, siz çox gözəl tibbi xidmət göstərəcəksiniz və hər halda burada yaradılmış şərait bunu deməyə əsas verir. Bir daha sizi ürəkdən təbrik edirəm və sizə uğurlar arzulayıram.

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov şəxsi heyət adından minnətdarlığını bildirərək dedi:
-Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Bu gün bizim üçün çox xoş bir gündür. Sizin bu tibb mərkəzinə gəlişiniz bizim üçün tarixi bir hadisəyə çevrilib.

Siz bizim şəxsi heyət ilə artıq altıncı dəfədir ki, görüş keçirirsiniz. 2005-ci ilin oktyabr ayında bizim hərbi şəhərciyin, inzibati binanın açılışında Sizin şəxsi heyətlə ilk görüşünüz olub. Sizin oradakı çıxışınızda qarşımızda qoyduğunuz vəzifələr o dövrdən bu günədək bir proqram kimi şəxsi heyət tərəfindən uğurla icra olunur.

Sizin ikinci görüşünüz 2007-ci ilin oktyabr ayında bizim müasir tələblərə cavab verən Təlim-Tədris Mərkəzinin açılışında olub. Orada Siz şəxsi heyətin qarşısında çıxış etdiniz. Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyətinin qarşısında döyüş tapşırıqlarını qoydunuz. O tapşırıqlar bu gün şəxsi heyət tərəfindən çox yüksək peşəkarlıqla yerinə yetirilir.

Sizin növbəti görüşünüz 2009-cu ildə Yevlax şəhərində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin şəxsi heyəti üçün tikilmiş xidməti binanın açılışında olub. O cür bina bizim 7 regional şöbədə tikilib və şəxsi heyətin istifadəsinə verilib.

Mən bir məqamı da qeyd etmək istəyirəm ki, 2003-2011-ci illər ərzində 550-dən artıq mənzil tikilərək şəxsi heyətin istifadəsinə verilib. Bu, Sizin şəxsi heyətə daimi diqqət və qayğınızın bariz nümunəsidir. Sizin birbaşa göstərişiniz və tapşırığınız əsasında bu Müalicə-Diaqnostika Mərkəzi tikilib. Sizin birbaşa göstərişiniz əsasında ayrılan maliyyə vəsaiti əsasında bizim Nabran İstirahət Mərkəzi tikilib. Hazırda orada 240-dan artıq əməkdaşımıza və onların ailələrinə yüksək səviyyədə xidmət göstərilir.

Cənab Prezident, Sizin bundan əvvəlki görüşlərinizdən biri də 2010-cu ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin inzibati binasının açılışında olub. Bu binanın açılışında da Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti qarşısında qoyduğunuz yeni vəzifələr əsasında onun maddi-texniki bazası genişləndirilir və gücləndirilir.

Mən bütün bunlara görə, cənab Prezident, Sizə və Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm. Sizin dövlətimizə, xalqımıza sədaqətiniz bizim üçün örnəkdir. Biz xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etmək prinsiplərini Sizdən öyrənirik. Sizin fəaliyyətiniz, gecə-gündüz işiniz gözlərimizin qabağında olduğuna görə biz xidməti vəzifələrimizi başqa cür yerinə yetirə bilmərik.

Ona görə də, cənab Prezident, bütün şəxsi heyət adından Sizi bir daha əmin etmək istəyirəm ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti qarşısında qoyduğunuz bütün döyüş tapşırıqları böyük şərəflə, layiqincə yerinə yetiriləcəkdir. Biz fəaliyyətimizdə, işimizdə Sizə sədaqətimizi daim nümayiş etdirəcəyik.

Sizə bir daha "Çox sağ olun!" deyirəm, cənab Prezident. Buraya gəldiyinizə, bu mərkəzi açdığınıza və bu dəyərli vaxtınızı bizə sərf etdiyinizə görə çox sağ olun.

Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

Sonda xatirə şəkli çəkdirildi.

Foto - Azərbaycan Prezidentinin rəsmi saytı

İrana səfər qaydaları AÇIQLANDI
İrana səfər qaydaları AÇIQLANDI
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib,  Ermənistan isə çöküb - STATİSTİKA
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Loading Bars
Xəbər lenti
Britaniyada koronavirusa yoluxanların sayı 4,2 milyon nəfərə çatır
İraqda raket hücumu nəticəsində ABŞ vətəndaşları xəsarət almayıb - Pentaqon
Türkiyədə koronavirusdan sağalanların sayı 2,6 milyon nəfərə çatır
ÜST: Dünyada ötən sutka koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb
Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb (FOTO)
İsveçdə cinayətkar 8 nəfəri yaralayıb
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Millinin oyunu neytral meydanda keçiriləcək
İrana səfər qaydaları AÇIQLANDI
Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb
Gəncədə 5 otaqlı ev yanıb
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Azərbaycanın "ağıllı" layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq
Yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənləri xeyli üstələyib
Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərc olunub
Xorvatiyanın "yaşıl enerji" şirkətləri azad edilmiş ərazilərin inkişafına öz töhfəsini verə bilər - Səfirlik
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri
Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək
MDU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib (FOTO)
Yunanıstanda dağıntılar altından bir nəfər xilas edilib
Balakəndə itkin düşən azyaşlı tapıldı
Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Güclü, təmiz və gigiyenik: Samsung Jet ™ tozsoranın ətraflı icmalı (VİDEO)
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq
ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər (FOTO)
Azərbaycan Prezidenti: Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir
Prezident İlham Əliyev: Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR
Evimizə köçəcəyimiz günü gözləyirik: Ermənilər tərəfindən evi dağıdılan sakin Trend TV-yə danışır
Məktəblərin bağlanması bizim qərarımızla deyil... - Mehriban Vəliyeva
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Martın 4-nə USD/AZN rəsmi məzənnəsi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib (VİDEO)
Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir
Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib
Qazimizin görmə qabiliyyəti bərpa edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Bütün xəbərlər