...

Azərbaycan Prezidenti Milli Olimpiya Komitəsinin vitse-prezidentini 60 illik yubileyi münasibətilə təbrik edib

Siyasət Materials 20 İyul 2011 19:54 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəni 60 illik yubileyi münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti Milli Olimpiya Komitəsinin vitse-prezidentini 60 illik yubileyi münasibətilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəni 60 illik yubileyi münasibətilə təbrik edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Sizi - respublikamızda Olimpiya hərəkatının nümayəndəsini 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıram.
Müstəqil Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi fəaliyyətə başladığı vaxtdan etibarən Siz ölkəmizdə idmanın və Olimpiya hərəkatının inkişaf etdirilməsi işinə töhfələr vermisiniz. Ötən illər ərzində idmançılarımızın Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlər qazanmasında Sizin də xidmətiniz vardır", - dövlət başçısının təbrikində deyilir.

Prezident İlham Əliyev vurğulayıb ki, hazırda dünyada idman ölkələrindən biri kimi tanınan Azərbaycanın mötəbər beynəlxalq idman təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində Çingiz Hüseynzadənin məqsədyönlü fəaliyyəti təqdirəlayiqdir.

"Bu istiqamətdə apardığınız səmərəli işlər Beynəlxalq Olimpiya Komitəsi və onun ayrı-ayrı qurumları tərəfindən lazımınca qiymətləndirilmişdir. Ümidvaram ki, Siz respublikamızda Olimpiya Hərəkatının genişləndirilməsi və inkişaf etdirilməsi naminə bundan sonra da öz bilik və bacarığınızı əsirgəməyəcəksiniz", - təbrikdə bildirilir.

Xəbər lenti

Xəbər lenti