...

"Pakistan Observer" qəzetində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edən geniş məqalə dərc olunmuşdur

Siyasət Materials 13 Avqust 2011 16:17 (UTC +04:00)
Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzetinin 13 avqust tarixli nömrəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən geniş məqalə dərc olunmuşdur
"Pakistan Observer" qəzetində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edən geniş məqalə dərc olunmuşdur

Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzetinin 13 avqust tarixli nömrəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən geniş məqalə dərc olunmuşdur.

Azərbaycanın Pakistandakı səfirliyininin məlumatina gorə, tanınmış jurnalist Ehasanullah Xanın müəllifi olduğu bu məqalədə Mehriban xanım Əliyevanın Azərbaycanın məşhur ziyalı ailəsinə mənsub olduğu qeyd edilmişdir. Yazıda Azərbaycanın birinci xanımının 1995-ci ildən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və 2004-cü ildən Heydər Əliyev Fondunun prezidenti kimi xeyriyyəçilik fəaliyyətindən bəhs olunmuşdur.

Müəllif Mehriban xanımın uşaqlara və ahıllara göstərdiyi xüsusi qayğıdan, onlar üçün tikdirdiyi və təmir etdirdiyi çoxsaylı məktəb, səhiyyə ocaqları, musiqi liseyləri və uşaq evlərindən söz açmış, talassemiya və diabetdən əziyyət çəkən uşaqlara xüsusi qayğı göstərildiyini oxucuların diqqətinə çatdırmışdır.

Pakistanlı jurnalist 2005-ci ildə zəlzələ nəticəsində Müzəffərabad şəhərində dağılmış məktəbin yerində Mehriban xanımın təşəbbüsü ilə yeni qızlar məktəbinin tikilməsindən də yazmış, bu addımı Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin təzahürü kimi qiymətləndirmişdir.

E.Xan Heydər Əliyev Fondunun dünya mədəniyyətinə və Azərbaycanın milli mədəni irsinin dirçəlməsinə, habelə muğamın Azərbaycanda inkişafına yönəlmiş fəaliyyətini də xüsusi vurğulamışdır. Məqalədə Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti olması, bu vəzifədə onun gördüyü işlər və bütövlükdə Azərbaycan idmanının inkişafı istiqamətində atdığı addımlar barədə də ətraflı məlumat verilmişdir.

Qəzetdə xüsusi qeyd olunmuşdur ki, çoxşaxəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bir sıra beynəlxalq mükafat və ordenlərlə təltif edilmişdir.

Eyni zamanda, məqalə Əl-Bab Strateji Araşdırmalar İnstitutunun bloqunda da yerləşdirilmişdir.

Məqalənin tam mətni ilə http://epaper.pakobserver.net/201108/13/foreignviews.php,
http://pakobserver.net/detailnews.asp?id=108717, http://jassim-taqui.blogspot.com/2011/08/mehriban-aliyeva-woman-of-substance.html ünvanlarında tanış olmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti