...

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi postuna dörd namizəd var

Siyasət Materials 16 Avqust 2011 13:36 (UTC +04:00)
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə 4 nəfər namizədliyini irəli sürüb. Bu barədə çərşənbə axşamı Trend-ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Roland Kobia bildirib.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi postuna dörd namizəd var

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir T.Hacıyev/

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə 4 nəfər namizədliyini irəli sürüb. Bu barədə çərşənbə axşamı Trend-ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Roland Kobia bildirib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi fevralın 28-də öz mandatını başa vurub. Semnebi bu vəzifədə 5 il çalışıb.

Kobia deyib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi vəzifəsinə seçkilər sentyabrda keçiriləcək. Lakin o, namizədlərin adlarını açıqlamaqdan imtina edib.

Əvvəllər bəzi regionlarda, o cümlədən, Cənubi Qafqazda və Moldovada, yəni "dondurulmuş münaqişə" ocaqlarında Avropa İttifaqının xüsusi nümayəndəsi vəzifəsinin ləğv olunması məsələsi müzakirə olunurdu. Belə bir təkliflə ötən ilin mayında Aİ xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton çıxış edib. Onun təklifinə görə, xüsusi nümayəndə postu Avropa Xarici İşlər Xidmətinin (EEAS) nümayəndəsi vəzifəsi ilə birləşdirilməli idi.

Xəbər lenti

Xəbər lenti