...

Qazaxıstanda Konstitusiya Günü münasibətilə hərbi parad keçirilir

Siyasət Materials 30 Avqust 2011 12:12 (UTC +04:00)

Qazaxıstan, Astana, 30 avqust /Trend, müxbir A.Maratov/

Astanada ölkənin əsas meydanı - "Qazax eli" abidəsi önündə hərbi parad paşlayıb. Paradı ölkə Prezidenti Qazaxıstan Silahlı Qüvvələrinin Ali Baş komandanı Nursultan Nazarbayev qəbul edir.

Bu il paytaxtın əsas meydanında 250 ədəddən çox silah və hərbi texnika nümayiş olunacaq. Bu barədə Trend-ə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verib. Ötən il mexanikləşdirilmiş dəstənin parad üçün hesablanan sayı 150 ədəd olub. Paradda cəmi 2500-ə hərbi qulluqçu iştirak edəcək.

Mexanikləşdirilmiş dəstənin tərkibində meydandan Qazaxıstan Hava Hücumundan Müdafiə Qüvvələrinin "Strela-10", "S-300", "S-200" və "S-125", "S-75" müasir silahları keçəcək.

Bundan başqa, meydanda "Nayza", "Akasiya", "Msta", "Zanbaq", "Smerç", "Rapira", "Fırtına", "Qrad", "Qasırğa" kompleksləri, "D-30" qaubitsası, "Land Rover", "Hammer" avtomobil texnikası və s. nümayiş ediləcək.

2011-ci ildə mexanikləşdirilmiş dəstənin yeniliyi BMPT və BTR-82-nin yeni nümunələri olacaq.

Bu il paradda 60 ədəddən çox aviasiya texnikası - yüksəksəsli qırıcı təyyarələr, cəbhə qırıcıları, qırıcı-bombardımançılar və döyüş vertolyotları iştirak edəcək.

Bundan başqa, hərbi təyyarəçilər yüksək pilotaj da nümayiş etdirəcəklər.

Xəbər lenti

Xəbər lenti