...

Türkiyədə qeyri-qanuni məskunlaşan ermənilərin uşaqları təhsil ala biləcəklər

Siyasət Materials 2 Sentyabr 2011 14:37 (UTC +04:00)
Türkiyədə qeyri-qanuni məskunlaşan ermənilərin uşaqları bu ildən etibarən türk məktəblərində təhsil ala biləcəklər. Bu barədə Trend-ə Türkiyə Təhsil Nazirliyindən məlumat verilib.
Türkiyədə qeyri-qanuni məskunlaşan ermənilərin uşaqları təhsil ala biləcəklər

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə qeyri-qanuni məskunlaşan ermənilərin uşaqları bu ildən etibarən türk məktəblərində təhsil ala biləcəklər. Bu barədə Trend-ə Türkiyə Təhsil Nazirliyindən məlumat verilib.

"Bu qərar təhsil naziri Ömər Dinçərin əmrinə əsasən qəbul edilib", - məlumatda bildirilir.

Nazirlikdən əlavə edilib ki, erməni icması tərəfindən nazirliyə göndərilmiş təklif dəstəklənib.

Baş nazir Rəcəb Tayyib Ərdoğan keçən ilin martında Böyük Britaniyaya səfəri zamanı demişdi ki, əgər Ermənistan regionda stabilliyi pozmağa davam etsə, onda Ankara ölkədə qeyri-qanuni şəkildə məskunlaşmış yüz min ermənini deportasiya edəcək.

"Biz Türkiyədə qeyri-qanuni şəkildə məskunlaşan yüz min ermənini saxlamaq məcburiyyətində deyilik", - Ərdoğan bildirmişdi.

Xəbər lenti

Xəbər lenti