...

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Bakıya səfər edəcək

Siyasət Materials 21 Sentyabr 2011 14:23 (UTC +04:00)
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Milan Kabrnox bu həftə Bakıya səfər edəcək.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Bakıya səfər edəcək

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsininhəmsədri Milan Kabrnox bu həftə Bakıya səfər edəcək.

Milli Məclisin deputatı Fuad Muradov Trend-ə bildirib ki, Kabrnox Avropa parlamentarilərindən ibarət geniş nümayəndə heyəti ilə Bakıda 23-24 sentyabrda Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək.

Beynəlxalq konfrans Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının ( AVCİYA ) təşkilatçılığı ilə Gülüstan sarayında keçiriləcək.

Tədbirdə dünyanın 58 ölkəsindən 300-dən artıq tanınmış ictimai-siyasi xadim, o cümlədən hazırkı və keçmiş dövlət xadimləri, Nobel mükafatı laureatları, ABŞ-ın regional spikerləri, keçmiş konqresmen və senatorlar, alim və biznesmenlər iştirak edəcəklər.

Tədbirdə dövlət məmurları ilə yanaşı, xarici qonaqların da çıxışları nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti