...

Türkiyə və Çin hərbi sahədə əməkdaşlıqla bağlı razılığa gəliblər

Siyasət Materials 26 Sentyabr 2011 11:03 (UTC +04:00)
Çin Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığının nümayəndə heyəti Ankarada Türkiyə ilə əməkdaşlığın qurulması barədə danışıqlar aparıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti yazır.
Türkiyə və Çin hərbi sahədə əməkdaşlıqla bağlı razılığa gəliblər

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Çin Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığının nümayəndə heyəti Ankarada Türkiyə ilə əməkdaşlığın qurulması barədə danışıqlar aparıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti yazır.

Danışıqların yekunları üzrə hərbi sahədə əməkdaşlıq barədə saziş imzalanıb.

Nümayəndə heyəti Türkiyənin hərbi tədris mərkəzlərinə də baş çəkib.

Xəbər lenti

Xəbər lenti