Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində dövlət başçısının siyasətinə uyğun olaraq həyata keçirilən qətiyyətli və sistemli tədbirlər müsbət nəticə verməklə əhali tərəfindən rəğbətlə qarşılanır. Trend-in məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov "Azərbaycan" dövlət qəzetinə verdiyi yazısında bildirib.
"Müraciətlərə təxirəsalınmadan baxılması , zəruri qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsi , əlaqədar dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarızə İdarəsinin "qaynar xətt "inə yarandığı gündən daxil olmuş müraciətlərin 25 faizinin müsbət həll edilməsi, 8 müraciət üzrə cinayət işi başlanaraq istintaq aparılması, 9 şəxs barəsində istintaq orqanının vəsatəti əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi korrupsiya təzahürlərinə preventiv təsir göstərməklə bellə halların müəyyən qədər azalmasına səbəb olub" , - Qaralov deyib.
Oktyabrın 1-i Azərbaycanda Prokurorluq işçilərinin peşə bayramı günüdür.
Qaralovun sözlərinə görə, 2010-cu il və 2011-ci ilin 8 ayı ərzində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarızə İdarəsi tərəfindən 335 şəxs barəsində 192 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib. 2011-ci ilin yanvar-sentyabr ayları ərzində İdarə tərəfindən korrupsiya hüquqpozmaları ilə əlaqədar 133 cinayət işi başlanılıb və 147 şəxs barəsində 88 cinayət işi tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.
Baş prokuror deyib ki, bu cinayətlər əsasən rüşvətalma (passiv rüşvət xorluq), vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma və sair faktlarla əlaqədar olub.
Zakir Qaralov: Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi müsbət nəticə verməkdədir
Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində dövlət başçısının siyasətinə uyğun olaraq həyata keçirilən qətiyyətli və sistemli tədbirlər müsbət nəticə verməklə əhali tərəfindən rəğbətlə qarşılanır. Trend-in məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov "Azərbaycan" dövlət qəzetinə verdiyi yazısında bildirib.
