...

İlham Əliyev Türkiyənin ailə və sosial siyasət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 3 Oktyabr 2011 17:51 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Türkiyə Respublikasının ailə və sosial siyasət naziri xanım Fatima Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Türkiyənin ailə və sosial siyasət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Türkiyə Respublikasının ailə və sosial siyasət naziri xanım Fatima Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, Türkiyənin ailə və sosial siyasət naziri xanım Fatima Şahin Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə ölkələrimizin ailə, qadın və uşaq məsələləri ilə məşğul olan qurumları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulandı, Türkdilli Ölkələrin Parlament Assambleyasının təşəbbüsü ilə "XXI əsrdə qadının rolu: qadın siyasətçilərin məsuliyyəti" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın önəmi qeyd olundu.

Dövlətimizin başçısı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Baş nazirinə çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti