...

Azərbaycan Prezidenti Abbas Zamanovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 5 Oktyabr 2011 18:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Abbas Zamanovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Abbas Zamanovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Abbas Zamanovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə "Abbas Fəttah oğlu Zamanovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Nazirlər Kabinetinin 13 dekabr 1993-cü il tarixli 598 nömrəli qərarının icrasını təmin etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

2011-ci ildə tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Abbas Fəttah oğlu Zamanovun 100 illiyi tamam olur.

Özünün zəngin elmi fəaliyyəti ilə Abbas Zamanov milli ədəbiyyatşünaslığın bir məktəb kimi formalaşdırılması və inkişaf etdirilməsi sahəsində təqdirəlayiq xidmətlər göstərib. Ölkəmizdəki yüksək ixtisaslı kadrların azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda hazırlanmasında onun böyük əməyi var.

Xəbər lenti

Xəbər lenti