...

Azərbaycan Fransa Prezidentinin "erməni soyqırımı" və sərhədlərin açılması ilə bağlı söylədiyi fikirləri bölüşmür

Siyasət Materials 7 Oktyabr 2011 12:31 (UTC +04:00)
Azərbaycan Fransa Prezidenti Nikola Sarkozinin "erməni soyqırımı" və Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı söylədiyi fikirlərlə razı deyil.
Azərbaycan Fransa Prezidentinin "erməni soyqırımı" və sərhədlərin açılması ilə bağlı söylədiyi fikirləri bölüşmür

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Fransa Prezidenti Nikola Sarkozinin "erməni soyqırımı" və Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı söylədiyi fikirlərlə razı deyil. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Bu məsələrər beynəlxalq siyasətin ayrı-ayrı məsələləridir. Biz Azərbaycan olaraq, Türkiyənin və Azərbaycanın maraqları ilə bağlı məsələlərdə, istər Cənubi Qafqazda baş verən proseslərlə bağlı olsun, istər beynəlxalq hadisələrlə bağlı olsun, daim iki dövlətin maraqlarını dəstəkləmişik. Əlbəttə "erməni soyqırımı" və sərhədlərin açılması məsələlərində də biz Fransa hökumətinin, o cümlədən Sarkozinin fikirlərini bölüşmürük", - Həsənov əlavə edib.

Türkiyə 2011-ci ilin sonuna qədər "erməni soyqırımı"nı tanımasa, Fransa müvafiq tədbirlər görəcək. Trend-in erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanda səfərdə olan Fransa Prezidenti Nikola Sarkozi saxta "soyqırım qurbanları"nın xatirəsinə düzəldilmiş memorial kompleksi ziyarət edərkən deyib.

Xəbər lenti

Xəbər lenti