...

Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib

Siyasət Materials 7 Oktyabr 2011 17:46 (UTC +04:00)
Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Vladimir Putinə telefonla zəng edib
Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib

Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Vladimir Putinə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən cümə günü Trend-ə bildiriblər ki, dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin sədri Vladimir Putin ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti