...

Venessiya Komissiyası Azərbaycanın "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə rəy verib

Siyasət Materials 10 Oktyabr 2011 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir T.Hacıyev/

Venessiya Komissiyası Azərbaycanın "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə rəy verib. Bu barədə bazar ertəsi Trend-ə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, Venessiya Komissiyası partiyaların qeydiyyata alınması, qeydiyyatının ləğv edilməsi, partiyadaxili demokratiya və partiyaların maliyyələşməsi üzrə müddəalarla bağlı öz tövsiyələrini verib.

Mustafa deyib ki, qanun layihəsi müzakirə olunarkən Venessiya Komissiyasının tövsiyələri əsas götürüləcək.

Millət vəkili qanun layihəsinin növbəti sessiyaların birində Milli Məclisdə müzakirə olunacağını deyib.

Azərbaycanın mövcud "Siyasi partiyalar haqqında" qanunu 1992-ci ildə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti