Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Dövlət Dumasına seçkiləri müşahidə edəcək. Bu barədə cümə axşamı Trend-ə MSK-dan məlumat verilib.
Məlumata görə, MSK həm ayrıca, həm də MDB müşahidə missiyasının tərkibində Rusiya Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə edəcək.
Rusiya Dövlət Dumasına seçkilər dekabrın 4-də keçiriləcək.