...

Hafiz Hacıyev: 2011-ci ildə Azərbaycan müxalfəti yol verdiyi səhvlərin acı nəticələrini gördü

Siyasət Materials 15 Dekabr 2011 17:02 (UTC +04:00)
2011-ci ildə Azərbaycan müxalfəti yol verdiyi səhvlərin acı nəticələrini gördü. Bunu cümə axşamı Trend-ə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
Hafiz Hacıyev: 2011-ci ildə Azərbaycan müxalfəti yol verdiyi səhvlərin acı nəticələrini gördü

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir E.Mehdiyev/

2011-ci ildə Azərbaycan müxalfəti yol verdiyi səhvlərin acı nəticələrini gördü. Bunu cümə axşamı Trend-ə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Onun sözlərinə görə, bu gün müxalifətin müxtəlif qolları var. Haciyev hesab edir ki, müxalifət var ki, millətinin qayğılarının həll olunması ilə çalışır, müxalifət də var ki, hansısa başqa bir dövlətin sifarişini yerinə yetirir.

Partiya sədrinin fikrincə, bu gün bunu Azərbaycanda ayırmaq bir az çətindir, ancaq siyasətlə məşğul olan bütün qurumların hamısına bəllidir ki, Azərbaycanda kim sağlam müxalifətdir, xalqının qeydinə qalır, kim xalqını daha da uçuruma aparmaq istəyir.

"Bunu artıq Azərbaycan xalqı bilir və buna görə də düşünürəm ki, bu gün Azərbaycanın ikinci dediyim - xalqı daha da uçuruma aparan müxalifəti 2011-ci ildə çox böyük səhvlərə yol verdi, zamanında yetişməyən məsələlərə öz münasibətini bildirdi və bunun da acı nəticələrini gördü", - Hacıyev bildirib.

Onun sözlərinə görə, o cür xalqından kənar müxalifət 2011-ci ildə heç nəyə nail ola bilmədi. Əksinə, öz daxilində olan müəyyən insanları özlərinin yetişməmiş ambisiyalarının güdazına verdilər.

"Buna görə də mən bu gün Azərbaycanda sağlam müxalifət görmürəm. Bilirsiniz ki, 2010-cu ilin parlament seçkilərindən sonra mən müxailfətə çağırış etdim ki, gəlin, millətin problemlərinin həll edilməsi yolunda birgə addımlar ataq. Ancaq onların ambisiyaları imkan vermir ki, Azərbaycanda sağlam qüvvələrlə sağlam müxalifət birləşsin və sağlam fikir irəli sürülsün. Onları da qoymayan qüvvələr var, o qüvvələrin qarşısında hesabat verirlər. Mən çox təəssüf hissi keçirirəm. Mən onların böyüklərinə də, ideoloqlarına da demişəm ki, bu yol heç zaman sizi uğurlu bir qələbəyə çatdırmayacaq", - Hacıyev deyib.

Xəbər lenti

Xəbər lenti