...

ALP lideri qondarma "erməni soyqırımı" məsələsinin Fransa parlamentində gündəmə gətirilməsini qəbuledilməz sayır

Siyasət Materials 19 Dekabr 2011 10:30 (UTC +04:00)
Azərbaycanın müxalif Liberal Partiyasının lideri Lalə Şövkət qondarma "erməni soyqırımı" məsələsinin Fransa parlamentində gündəmə gətirilməsini qəbuledilməz, ədalətsiz siyasi aksiya kimi dəyərləndirir.
ALP lideri qondarma "erməni soyqırımı" məsələsinin Fransa parlamentində gündəmə gətirilməsini qəbuledilməz sayır

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalif Liberal Partiyasının lideri Lalə Şövkət qondarma "erməni soyqırımı" məsələsinin Fransa parlamentində gündəmə gətirilməsini qəbuledilməz, ədalətsiz siyasi aksiya kimi dəyərləndirir.

"Partiya əmindir ki, bu, təkcə qardaş Türkiyənin deyil, həm də Azərbaycanın milli maraqlarına qarşı yönələn bir addımdır", - Şövkət bildirib. Trend-in məlumatına görə, bu barədə partiyanın yaydığı bəyanatda bildirilir.

Fransanın Xalq Hərəkatı Uğrunda Birlik Partiyası (Union pour un Mouvement Populaire) tərəfindən qondarma "erməni soyqırımının" tanınması və bunu inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair qanun layihəsi Fransa parlamentinə təqdim olunub.

"Bu məsələnin Fransada məhz indi, prezident seçkilərinin qızğın çağında gündəmə gətirilməsi göstərir ki, qondarma "soyqırım" bir tarixi hadisə kimi yox, yalnız daxili siyasi mübarizədə populist vasitə kimi istifadə olunmaqdadır", - ALP lideri deyib.

Bəyanatda, həmçinin qeyd olunur ki, bu məsələ Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri olan Fransaya Azərbaycan ictimai rəyində inamı kəskin şəkildə sarsıdaraq, hətta Fransanın həmsədrlikdən uzaqlaşdırılmasına dair məsələnin gündəmə gətirilməsinə səbəb ola bilər.

"ALP Azərbaycan-Fransa münasibətlərinə böyük əhəmiyyət verərək, dövlətlərarası əlaqələrimizin gücləndirməsinə müsbət yanaşaraq, Fransa rəhbərliyini, parlamentini ölkələrimizin dost münasibətinə zərbə vura biləcək uydurma "erməni soyqırımı"nı parlamentin gündəmindən dərhal çıxarmağa çağırır", - bəyanatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti