...

Çexiya Timoşenkonun ərinə siyasi sığınacaq verib

Siyasət Materials 6 Yanvar 2012 20:25 (UTC +04:00)
Çexiya hökuməti yeddi il həbs cəzası verilən Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenkonun həyat yoldaşına siyasi sığınacaq verib.
Çexiya Timoşenkonun ərinə siyasi sığınacaq verib

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

Çexiya hökuməti yeddi il həbs cəzası verilən Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenkonun həyat yoldaşına siyasi sığınacaq verib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Çexiya Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Aleksandr Timoşenkonun Çexiyadan siyasi sığınacaq istəməsi cümə günü məlum olub. Sabiq Baş nazirin tərəfdarları bu addımı xanım Timoşenkoya onun ailəsi vasitəsilə göstərilən təzyiqlə izah ediblər.

Xəbər lenti

Xəbər lenti