...

AŞ PA-nın yeni prezidenti Fransa Senatında müzakirə olunacaq qanun layihəsinin əleyhinədir

Siyasət Materials 23 Yanvar 2012 17:06 (UTC +04:00)
Tarixi yazmaq deputatların deyil, tarixçilərin işidir.
AŞ PA-nın yeni prezidenti Fransa Senatında müzakirə olunacaq qanun layihəsinin əleyhinədir

Fransa, Strasburq, 23 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Tarixi yazmaq deputatların deyil, tarixçilərin işidir. Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün öz işinə başlayan qış plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında qurumun yeni prezidenti Jan-Klod Minyon (Jean-Claude Mignon) Fransa Senatında müzakirə olunacaq qanun layihəsinə münasibət bildirərkən deyib.

AŞ PA-nın yeni sədri bu qanun layihəsinin əleyhinə olduğunu bəyan edib.

"Fransalı deputat olaraq, tamamilə Fransa Milli Assambleyasının bir qrup deputatı tərəfindən irəli sürülən bu qanun təklifinin əleyhinəyəm. Mən bu cür qanunvericiliyə qarşıyam. Nə üçün? Çünki qanun Ermənistanın, ən azından "erməni soyqırımı"nı tanımalı olan Türkiyənin problemini həll etməyəcək. Tarixi yazmaq deputatların deyil, tarixçilərin işidir. Mənim ölkəm Fransa keçmişdə baş verən bəzi səhvləri tanıyıb. Şəxsən arzu edirəm ki, Türkiyə illər keçəndən sonra edilməli olan jest haqqında düşünsün", - Minyon deyib.

Xəbər lenti

Xəbər lenti