...

Səməd Seyidov: Azərbaycana qarşı qeyri-obyektiv mövqedə dayanmaq Azərbaycan-AŞ əlaqələrinə böyük zərbə vura bilər

Siyasət Materials 26 Yanvar 2012 19:27 (UTC +04:00)
Azərbaycana qarşı qeyri-obyektiv mövqedə dayanmaq Azərbaycan-Avropa Şurası əlaqələrinə böyük zərbə vura bilər.
Səməd Seyidov: Azərbaycana qarşı qeyri-obyektiv mövqedə dayanmaq Azərbaycan-AŞ əlaqələrinə böyük zərbə vura bilər

Fransa, Strasburq, 26 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycana qarşı qeyri-obyektiv mövqedə dayanmaq Azərbaycan-Avropa Şurası əlaqələrinə böyük zərbə vura bilər. Trend-in məlumatına görə, bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-nın qış sessiyası çərçivəsində cümə axşamı qurumun Hüquqi məsələlər və insan haqları komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Sözügedən iclasda Azərbaycanda "siyasi məhbus" problemi ilə bağlı məsələ müzakirə olunub.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanın və onun Prezidentinin apardığı siyasət birbaşa insan hüquqları və onların müdafiəsinə yönəlmiş siyasətdir və bu siyasəti görməmək ən azı böyük qəbahətdir.

"Müzakirələrdə komitə üzvləri ilə yanaşı, qeyri-hokumət təşkilatlarının nümayəndələri və hüquq müdafiəçiləri də iştirak edib. Çöx ciddi müzakirələrin əsas mahiyyəti ondan ibarət oldu ki, Azərbaycana qarşı qeyri-obyektiv mövqedə dayanmaq qəti mümkün deyil və bu, Azərbaycan-Avropa Şurası əlaqələrinə böyük zərbə vura bilər. Ona görə də bu məsələ ilə bağlı "siyasi məhbus" adı altında Azərbaycana təzyiq göstərmək qəti düzgün deyil. Bu ideyanı komitə üzvlərinin əksəriyyəti dəstəklədi və hesab edirəm ki, Hüquqi məsələlər və insan hüquqları komitəsinin növbəti iclasında bu məsələ daha kəskin şəkildə qoyulacaq. Bu gün Azərbaycanın və onun Prezidentinin apardığı siyasət birbaşa insan hüquqları və onların müdafiəsinə yönəlmiş siyasətdir və bu siyasəti görməmək böyük ən azı qəbahətdir. Hesab edirəm ki, Azərbaycanda insan hüquqları ilə bağlı görülmüş işlər AŞ-nin deputatlarına ciddi şəkildə çatır və ona görə də burada bugünkü müzakirələr normal və qəbul olunmuş şəkildə keçirildi", - Seyidov deyib.

Xəbər lenti

Xəbər lenti