...

Azərbaycan hökuməti Xarici İşlər Nazirliyinin ştat sayını artırıb

Siyasət Materials 31 Yanvar 2012 09:52 (UTC +04:00)
Azərbaycan hökuməti Xarici İşlər Nazirliyinin ştat sayını artırıb.
Azərbaycan hökuməti Xarici İşlər Nazirliyinin ştat sayını artırıb

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti Xarici İşlər Nazirliyinin ştat sayını artırıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Xarici İşlər Nazirliyinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə imzalanan sərəncamla nazirliyin ştat sayı 39 vahid artırılaraq, cəmi 446 vahid, o cümlədən mərkəzi aparatın ştat sayı 418 vahid müəyyən edilib.

Hökumətin digər bir sərəncamı ilə Xarici İşlər Nazirliyinə əlavə ştat vahidlərinin ayrılması ilə bağlı tələb olunan 380.000 manat məbləğində vəsait və Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinə əlavə ştat vahidlərinin ayrılması ilə bağlı tələb olunan 1.045.926 ABŞ dolları məbləğində vəsaitin manat ekvivalenti Azərbaycan Respublikasının 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Xarici İşlər Nazirliyinə ayrılır.

Xəbər lenti

Xəbər lenti