...

Azərbaycan Milli Məclisinin komissiyaları yenidən təşkil olunub

Siyasət Materials 1 Fevral 2012 14:07 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk iclasında İntizam və Hesablayıcı komissiyalar yenidən təşkil olunub.
Azərbaycan Milli Məclisinin komissiyaları yenidən təşkil olunub

Azərbaycan, Bakı, 1 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk iclasında İntizam və Hesablayıcı komissiyalar yenidən təşkil olunub. Trend-in məlumatına görə, Milli Məclisin İntizam komissiyasının tərkibinə deputatlar Gülər Əhmədova, Fəttah Heydərov, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov, Sədaqət Vəliyeva daxil olublar.

Parlamentin Hesablayıcı komissiyasının yenidən təşkil olunmuş heyətinə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc, Mixail Zabelin daxil olublar.

Xəbər lenti

Xəbər lenti