...

TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək

Siyasət Materials 21 Fevral 2012 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral / Trend müxbir M.Əliyev/

TÜRKPA nümayəndə heyəti 22-25 fevral tarixində ATƏT PA-nın Vyana şəhərində keçiriləcək qış sessiyasında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı TÜRKPA katibliyindən bildiriblər.

Nümayəndə heyətinə Qazaxıstan Parlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik komitəsinin sədri Maulen Aşimbayev rəhbərlik edəcək. Səfərdə TÜRKPA katibliyindən TÜRKPA baş katibinin rəhbərliyi altında bir qrup nümayəndə də iştirak edəcək.

Səfər çərçivəsində TÜRKPA baş katibinin Qazaxıstan Parlamenti Senatının sədri Kayrat Mami və ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər naziri İmon Gilmorun xüsusi nümayəndəsi, İrlandiyanın ATƏT yanındakı daimi təmsilçisi, səfir Eoin O'Leary ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti