...

Azərbaycan ombudsmanı Xocalı soyqırımının ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

Siyasət Materials 22 Fevral 2012 17:28 (UTC +04:00)
Azərbaycan ombudsmanı Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. Bəyanatda Xocalı soyqırımını törədən erməni terrorçuları və onların havadarlarının cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunur.
Azərbaycan ombudsmanı Xocalı soyqırımının ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. Bəyanatda Xocalı soyqırımını törədən erməni terrorçuları və onların havadarlarının cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunur.

Ombudsman Aparatından Trend-ə daxil olan bəyanatda qeyd olunur ki, hazırda Xocalı faciəsi beynəlxalq səviyyədə, bir sıra dövlətlərin parlamentlərində müzakirəyə çıxarılır, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan təcavüzkar dövlət kimi tanınır, işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpa olunması tələb olunur.

Bəyanatda qeyd olunur ki, ikili standartlara yol vermədən beynəlxalq təşkilatlar məlum münaqişənin həllinə yönəlmiş səylərini beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun olaraq daha da artırmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən bu faciə genosid aktı kimi tanınmalı, Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edilməlidir.

"Bu işğalçı dövlət ərazi iddialarından əl çəkərək, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad olunmalı, pozulmuş hüquqları bərpa edilməklə qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdır", - bəyanatda deyilir.
.

Xəbər lenti

Xəbər lenti