...

1988-ci ilin fevral ayında baş verənlərlə bağlı vahid cinayət işinin açılması məqsədəuyğundur - politoloq

Siyasət Materials 6 Mart 2012 14:33 (UTC +04:00)
1988-ci ilin fevral ayında baş verənləri vahid siyasi proses kimi qəbul edib, vahid cinayət işinin açılması məqsədəuyğundur.
1988-ci ilin fevral ayında baş verənlərlə bağlı vahid cinayət işinin açılması məqsədəuyğundur - politoloq

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.Mehdiyev/

1988-ci ilin fevral ayında baş verənləri vahid siyasi proses kimi qəbul edib, vahid cinayət işinin açılması məqsədəuyğundur. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı Trend BİA-nın konfrans zalında keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, 1988-ci il fevralın 20-də ermənilərin DQMV-nin Azərbaycan SSRİ-nin tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə birləşdirməklə bağlı qərarı, 1988-ci il 22 fevral tarixində iki azərbaycanlı gəncin ermənilər tərəfindən şüurlu şəkildə qətlə yetirilməsi və 1988-ci ilin fevralın 27-28-də Sumqayıtda törədilən hadisələr vahid prosesin bir-birinə bağlı müxtəlif halqalarıdır.

"Sonrakı qırğınlar, o cümlədən Xocalı soyqırımı və Azərbaycan torpaqlarının işğalına gedən yol da 1988-ci ilin fevral ayında baş verənlərdən qaynaqlanmışdır. Ona görə 1988-ci il fevralın 20, 22 və 27-28-də baş verənləri vahid siyasi proses kimi qəbul edib, vahid cinayət işinin açılması daha məqsədəuyğundur", - politoloq deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin baş verənləri dərk etməyə gücü çatmır və ya dərk etmək istəmirlər. Ona görə də əlavə tədbirlərə ehtiyac vardır.

Xəbər lenti

Xəbər lenti