...

Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Siyasət Materials 7 Mart 2012 16:35 (UTC +04:00)
Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb
Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Azərbaycan, Bakı, 7 mart /Trend/

Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana rəsmi səfəri martın 7-də başa çatıb.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstan Prezidenti Mixeil Saakaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

Xəbər lenti

Xəbər lenti