...

Ermənistan prezidentliyinə namizəd: 2007-ci ildə Serj və Saşik Sarkisyanlara qalib gəlmişdim

Siyasət Materials 3 Aprel 2012 10:12 (UTC +04:00)
Erməni Milli Konqresi Siyasi Şurasının keçmiş üzvü, 37 saylı seçki dairəsindən müstəqil namizədliyini irəli sürmüş Samvel Arutyunyan bugünkü mətbuat konfransı zamanı bəyan edib ki, 2007-ci ildə həmin dairədə o, təkcə Saşik Sarkisyana deyil, həm də onun qardaşı Serj Sarkisyana qalib gəlib.
Ermənistan prezidentliyinə namizəd: 2007-ci ildə Serj və Saşik Sarkisyanlara qalib gəlmişdim

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Erməni Milli Konqresi Siyasi Şurasının keçmiş üzvü, 37 saylı seçki dairəsindən müstəqil namizədliyini irəli sürmüş Samvel Arutyunyan bugünkü mətbuat konfransı zamanı bəyan edib ki, 2007-ci ildə həmin dairədə o, təkcə Saşik Sarkisyana deyil, həm də onun qardaşı Serj Sarkisyana qalib gəlib.

"2007-ci ildə mən Serj və Saşik Sarkisyanlar üzərində mütləq qələbə qazandım. Nə üçün? Ona görə ki, seçkiqabağı təbliğatın başlamasından bir neçə gün sonra Serj Sarkisyan Sünikə getdi və orada keçirdiyi bütün görüşlərdə bəyan etdi ki, qardaşının namizədliyi haqqında qərarı o verib və Saşikə sas vermək elə onun özünə səs vermək deməkdir. Mən xalqımızı inandıra bildim, 21 mindən çox səs topladım, bundan 13 600 səs saxlaya bildim", - Trend-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, Arutyunyan deyib.

Xəbər lenti

Xəbər lenti