...

ATƏT münaqişələrin həlli yollarını müzakirə edəcək

Siyasət Materials 3 Aprel 2012 13:02 (UTC +04:00)
ATƏT sülhün qurulması və qorunub-saxlanmasına həsr olunmuş konfrans keçirəcək.
ATƏT münaqişələrin həlli yollarını müzakirə edəcək

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Mehdiyev/

ATƏT sülhün qurulması və qorunub-saxlanmasına həsr olunmuş konfrans keçirəcək.

Trend ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, aprelin 27-də Dublində keçiriləcək konfransda ATƏT regionunda münaqişələrin həllinə mümkün yanaşmalar müzakirə olunacaq. Konfrans zamanı, həmçinin siyasi proseslərlə bağlı sessiyalar keçiriləcək.

ATƏT-ə üzv olan bütün ölkələrin iştirakı üçün açıq olan konfransa Finlandiyanın keçmiş prezidenti Martti Ahtisaari moderatorluq edəcək.

Xəbər lenti

Xəbər lenti