...

Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib

Siyasət Materials 3 Aprel 2012 22:33 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir.
Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çərşənbə axşamı günü Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi görüşlər zamanı ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etdiklərini vurğuladı. Ölkələrimizin bütün strukturları arasında yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu deyən Rusiyanın xarici işlər naziri bu əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu bildirdi. Sergey Lavrov ölkəsinin Azərbaycan ilə mövcud əlaqələrinin daha da dərinləşdirilməsində maraqlı olduğunu dedi.

Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin mehriban qonşuluq prinsiplərinə əsaslandığını və strateji xarakter daşıdığını dedi. Ölkələrimizin bütün strukturları arasında yaxşı əlaqələrin mövcud olmasından məmnunluğunu bildirən dövlətimizin başçısı iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin önəmini qeyd etdi.

Prezident İlham Əliyev ötən il ölkələrimiz arasında siyasi sahədə əməkdaşlığın daha da möhkəmləndiyini, ticarət dövriyyəsinin artdığını, Azərbaycan ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əlaqələrin intensiv şəkildə davam etdirildiyini vurğuladı. Dövlətimizin başçısı Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin bu münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Xəbər lenti

Xəbər lenti