...

Ermənistanda döyülmüş deputatlığa namizəd öz namizədliyini geri götürüb

Siyasət Materials 9 Aprel 2012 11:37 (UTC +04:00)
Ermənistanda parlament seçkilərində Armavir vilayətinin 21 saylı seçki dairəsindən majoritar sistem üzrə namizədliyini irəli sürmüş Merujan Mxoyan aprelin 7-də namizədliyini geri götürdüyünü bəyan edib.
Ermənistanda döyülmüş deputatlığa namizəd öz namizədliyini geri götürüb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Ermənistanda parlament seçkilərində Armavir vilayətinin 21 saylı seçki dairəsindən majoritar sistem üzrə namizədliyini irəli sürmüş Merujan Mxoyan aprelin 7-də namizədliyini geri götürdüyünü bəyan edib. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" yazır.

Xatırladaq ki, aprelin 6-da Ermənistanın Armavir vilayətinin Sardarapat kəndindəki qəbiristanlığının yanında baş verən dava nəticəsində iki gənc bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qeyri-rəsmi məlumata görə, namizəd Merujan Mxoyan da zədə alıb.

Qeyd edək ki, Merujan Mxoyanla yanaşı, həmin seçki dairəsindən fəaliyyətdə olan deputat Ermənistan Respublika Partiyasının namizədi Aleksan Petrosyan təkrar namizədliyini irəli sürüb. Digər bir namizəd isə Erməni Milli Konqresindən namizəd Serdak Ovanisyandır.

İnsidentdən sonra Merujan Mxoyanın qohumları iddia edirlər ki, namizədin döyülməsində məqsəd onu iqtidaryönlü namizəd Aleksan Petrosyana mane olmaması üçün öz namizədliyini geri götürməyə məcbur etməkdir.

Mayın 6-da Ermənistanda növbəti parlament seçkiləri keçirilir.

Xəbər lenti

Xəbər lenti